manera.az
manera.az

Karantin yumşaldılır: yeni qərarlar - Tam siyahı

📅 25.05.2021 10:04

Karantin yumşaldılır: yeni qərarlar - Tam siyahı
Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açıqlayıb.

Manera.az xəbər verir ki, növbəti həftədən etibarən yumşaldılmalarla bağlı bir sıra qərar verilib.

Qərara əsasən,

31 maydan etibarən:

- Açıq havada maskasız gəzməyə icazə verilir;
- Metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;
- Bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir.


10 iyundan etibarən:

- Məscidlər açılır;
- İri ticarət mərkəzləri açılır;
- Çimərliklərin fəaliyyətinə ötənilki qaydalarla icazə verilir;
- İdman zallarının fəaliyyəti bərpa edilir, lakin COVİD pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

Operativ Qərargah tərəfindən verilən açıqlamaya görə, Azərbaycanda bir sıra sahələrdə COVİD pasportu tətbiq olunacaq.

İki doza COVID-19 peyvəndi vurulanlara vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşma toylara, konsert, kino, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də tətbiq olunacaq.


Baxış sayı - 516 | Yüklənmə tarixi: 25.05.2021 10:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031