manera.az
manera.az

"Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

📅 29.04.2021 09:48

"Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, "İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş "Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma və Xətai Akvarel Qalereyasının açılış mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov "Can Azərbaycan” müsabiqəsinin qaliblərini təbrik edib, akvarel və qrafika sənəti ilə məşğul olan rəssamlara uğurlar arzulayıb, müsabiqənin əhəmiyyətindən söz açıb.

Daha sonra Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə İskəndərli qaliblərin mükafatlarını təqdim ediblər.

Tədbirin sonunda qonaqlar yeni yaradılmış Xətai Akvarel Qalereyası ilə tanış olublar.

"Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
"Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb


Baxış sayı - 448 | Yüklənmə tarixi: 29.04.2021 09:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031