manera.az
manera.az

Hadişünas alimdən yeni monoqrafiya - Foto

📅 04.04.2021 13:52

Hadişünas alimdən yeni monoqrafiya - Foto
Filologiya elmləri doktoru, professor İslam Qəriblinin bu günlərdə yeni monoqrafiyası çapdan çıxıb.

Manera.az xəbər verir ki, monoqrafiya XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin görkəmli nümayəndələrindən biri, milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə həsr olunub.

Tədqiqatda M.Hadinin ömür yolu, 1905-1920-ci illərdəki Azərbaycan və Türkiyə dövri mətbuatı ilə əlaqələri, “Həyat” qəzetindən başlayaraq “Azərbaycan” qəzetinə qədər müxtəlif təmayüllü iyirmidən yuxarı mətbuat orqanında, sağlığında və ölümündən sonra kitablarında çıxan 400-dən yuxarı bədii, elmi, publisistik və tərcümə əsərləri sistemli şəkildə araşdırılaraq onların elmi-filoloji təhlili aparılır. Geniş oxucu kütləsinin əsasən şair kimi tanıdığı M.Hadi yaradıcılığından yeni monoqrafiyada həm də nasir, alim, publisist, tərcüməçi kimi bəhs olunur, əsərlərinin mövzu, forma, məzmun, ideya və sənətkarlıq məsələləri ətraflı şəkildə şərh olunur.

Xatırladaq ki, professor İslam Qəribli “M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990) “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında (1905-1920)” (2013) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Professor İslam Qəribli həm də M.Hadinin yeni çapdan çıxmış II cildlik “Seçilmiş əsərləri” nin də tərtibatçısı, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifidir.

Hadişünas alimdən yeni monoqrafiya - Foto


Baxış sayı - 477 | Yüklənmə tarixi: 04.04.2021 13:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031