manera.az
manera.az

İspan qripi və koronavirus: 100 il sonra eyni faciə

İspan qripi və koronavirus: 100 il sonra eyni faciə

Pandemiya tarixi: İspan qripi ilə COVID arasındakı oxşarlıqlar və fərqlər

I Dünya Müharibəsindən sonrakı qrip epidemiyası da dalğa-dalğa yayılmış, məktəblərin qapanmasına, qoruyucu maska növbələrinə səbəb olmuşdu.

Bu, birinci dəfə deyil ki, pandemiya bayram mövsümünə xələl gətirir. 1918-ci ilin dekabrında 4 illik müharibədən sonra ilk Milad hazırlıqları keçirilirdi və bu hazırlıqlar Qara Ölümdən bəri mövcud olan ən pis pandemiya şərtlərinə təsadüf edirdi.

1918-19-cu ilin inflüensası (İspan qripi) COVID-19 kimi dalğalar şəklində gəlmişdi. Ən ölümcül dalğa payızda başlamış, noyabrın sonunda pik həddə çatmış və dekabrın ilk həftələri ərzində davam etmişdi. Qrip yüz milyonlarla insana zərər vermiş, dünya miqyasında on milyonlarla insanın ölümünə səbəb olmuşdu.

Miladdan əvvəlki həftələrdə və əksər aylarda britaniyalıların dörddə biri virusa yoluxmuş, 225,000 insan isə virusa qurban getmişdi.

Hər iki pandemiyanın oxşar cəhətləri var – hər ikisi dalğalı şəkildə yayılan respirator xəstəlikdir. Amma onların yaranmalarında, səhiyyə sistemlərinə təsirlərində, nəzarət altına alınmaları üçün edilən cəhdlərdə və insanların onlarla yaşamağı öyrənmələrində vacib fərqlər də var.

1918-ci ildə Miladı və digər mövsümü bayramları qeyd edən insanların üzləşdikləri məhdudiyyətlər builki məhdudiyyətlərdən fərqlənmirdi.

Bu fərqlilikləri göstərən səbəblər çoxdur, amma onlardan bəziləri bizim üçün yaxşı dərs ola bilər.

1918-ci il pandemiyası I Dünya Müharibəsi ilə yaxından bağlı idi. Müharibə təkcə onun sürətlə yayılmasına deyil, ona veriləcək reaksiyalara da əhəmiyyətli dərəcədə təsir göstərmişdi.

1918-ci ilin noyabrında atəşkəs müqaviləsinin imzalanmasına qədər, müharibədə qalib gəlmək inflüensayla mübarizə aparmaqdan daha vacib idi.

Ona görə də Britaniyada ictimai səhiyyə orqanları, ordu və dövlət nümayəndələri əhaliyə getdikcə güclənən və pisləşən pandemiyaya “əhəmiyyət verməməyi” məsləhət görürdülər.

Britaniyanın səhiyyə üzrə baş tibbi məmuru Ser Artur Nyuzholm ilk memarandumu yalnız oktyabrda yaymışdı. Memorandum inflüensanın qarşısının alınması üçün bir sıra ölçülər götürməyi tövsiyə edirdi. Bu ölçülərə xəstələrin sağlamlardan təcrid olunması, məktəblərin və kinoteatrların qapadılması, ağız dezinfeksiyası (antiseptiklərlə qarqara) və kütləvi “toplantılara” qarşı xəbərdarlıqlar aid idi.

Tövsiyələrdən biri də qoruyucu maskanın taxılması idi

Ölçü tədbirlərindən heç biri məcburi deyildi və onlara görə yerli idarələr cavabdeh idilər, orqanlar isə ölçüləri tədricən tətbiq edirdilər.

Londonda səhiyyə işçiləri və yerli idarələr müxtəlif cür yanaşmalar tətbiq edirdilər. Bəziləri məktəb və kinoteatrları bağladıqları halda, digərləri müdaxilə etmək istəmirdilər. Mançesterdə isə səhiyyə məmuru Dr. Ceyms Nivem qabaqlama və müalicə tədbirləri üçün əsaslı bir sxem hazırlamışdı, bu da böyük ehtimalla epidemiyanı zəiflətmişdi: noyabrın ikinci və üçüncü həftəsində Londonda ikinci dalğa pik həddə qalxdığı halda Mançesterdə bu, dekabrın əvvəlinə təsadüf etmişdi.

Ölçülərin niyə sistemli şəkildə tətbiq olunmamasına dair çoxlu səbəblər vardı. Müharibənin tələbləri vacib idi. Səhiyyə ekspertləri epidemiyanın mahiyyətini müəyyənləşdirməkdə çətinlik çəkirdilər – xəstəliyin insanlara göstərdiyi təsir, simptomların təbiəti və kəskinliyi və necə öldürdüyü inflüensa haqqındakı biliklərlə uyğun gəlmirdi.

Əksər səlahiyyətlilər inflüensanın “basillus”dan əmələ gəldiyini düşünürdülər, sistemli testlər aparmaq da mümkünsüz idi, çünki bakteriyanı xəstələrdən götürmək və ayrıca tədqiq etmək çətiniydi.

İctimai yanaşma böyük əhəmiyyət kəsb edirdi. Əksəriyyət inflüensaya biraz narahat olmağa dəyər, amma çox da fikir verməyəsi yüngül xəstəlik kimi baxırdı. Dörd il müharibə məhdudiyyətlərinə dözməli olmuş insanlar bundan belə sərt məhdudiyyətləri qəbul etmək və ya onlara tabe olmaq istəmirdilər.

Bu, xüsusilə müharibə başa çatanda özünü göstərmişdi. Təsadüfi deyil ki, ikinci dalğa pik həddə atəşkəsdən sonra qalxmışdı, minlərlə insan ictimai sağlamlıqla bağlı məsləhətləri qulaq ardına vurmuş, meydanlarda, küçələrdə, pablarda, evlərdə və kilsələrdə qələbəni qeyd etmək üçün toplaşmışdılar.

Bundan qısa müddət sonra tərxis olunan əsgərlər inflüensanı Britaniyaya gətirmiş və ya özləriylə birgə Hindistana, Avstraliyaya, Yeni Zelandiyaya, Kanadaya, ABŞ-a və digər yerlərə aparmışdılar.

Noyabr ayı ərzində və dekabrın əvvəlində epidemiya genişlənməyə davam edərkən xəstəxanalar pasiyentlərin və ölümcül halda olan insanların axınına məruz qalmaqla darmadağın olmuşdular. Yeri gəlmişkən, xəstəxanaların əksəriyyəti tam heyətlə işləmirdi, çünki Britaniyadakı tibb bacılarının və həkimlərinin ən azından yarısı müharibə fəaliyyətinə cəlb olunmuşdu.

Xidməti fəaliyyətdə olanlar isə ancaq yüngül müalicə edə bilirdilər: inflüensaya, yaxud onunla müşayiət olunan ölümcül pnevmonik ağırlaşmalara qarşı effektiv müalicə üsulları yox idi. Xəstələrə tibbi müayinə tövsiyə olunurdusa da, əkəriyyət evdə həkimin və ya tibb bacısının müalicəsi olmadan, ailə üzvlərinin, dost və ya qonşunun yanında əziyyət çəkir və ölürdülər.

İnsan nəşləri yığınla ortada qalırdı, çünki tabut çatışmazlığı yaranmışdı. Dekabrın əvvəlində ya qadağalara görə, ya da müəllimlərlə şagirdlərin yarısının xəstələnməsinə görə, qapanan məktəblərin sayı artırdı. Elə indi olduğu kimi məktəblilərin infeksiyanın əsas yayıcıları olduğu hesab edilir, məktəblərin bağlanması vacib, amma ziddiyyətli məhdudiyyət kimi görülürdü.

London bölgə məclisinin baş tibb məmuru Uilyam Hamer məktəblərin qapadılmasına qarşı çıxır və fikrini bu cür əsaslandırırdı: “Bu addım sadəcə olaraq uşaqları azad edəcək və onların infeksiya təhlükəsinin daha çox olduğu yerlərdə toplaşmasına imkan verəcək”.

Dekabrın əvvəllində Mançester Yeni ilə qədər bütün ibtidai məktəblərin qapadılması barədə qərar vermişdi. Bu, məhdudiyyətlər ikitiyəli qılınc kimi idi.

Bugünkündən fəqli olaraq uşaqlar evlərə qapadılmırdılar. Əksəriyyəti sadəcə olaraq küçələrdə və parklarda oyun oynamaqla vaxt keçirir, Hamerin qorxduğu kimi xəstəliyi daha çox yayırdılar.

Milad günü ikinci dalğa böyük miqyasda səngimişdi. Bu isə biraz dincəlmək, itki, qorxu və ümidlərlə bağlı hisslərin ifadə olunması üçün vaxt verdi. Müharibə və pandemiyanın gətirdiyi iki qat faciəylə kölgələnən bu Milad başqa vaxtlardakına bənzəmirdi.

Qəzetlərin nekroloq səhifələri əvvəl müharibəylə bağlı ölümlərlə dolu idisə, indi buna inflüensanın səbəb olduğu ölümlər də əlavə olunmuşdu. Qərb cəbhəsində sağ qalsalar da, qayıdarkən inflüensaya yoluxub ölən gənclərlə bağlı çoxlu hekayələr yazılırdı.

“The Times” oxuculara xəbərdarlıq edirdi ki, “ümumən soyuq başla yanaşılan bu bəla… əslində müharibədən beşqat daha ölümcüldür”. “Son iki həftə ərzində 6 milyon insanın inflüensa və pnevmoniya səbəbindən öldüyü” müəyyən edilmişdi.

Halbuki rəqəmlər xeyli aşağı göstərilmişdi. Bir neçə həftə sonra qəzet məlumatı yeniləmiş, dünya miqyasında 12 milyon, hətta bundan da çox insanın öldüyü xəbərini çatdırmışdı.

Mövsüm kollektiv itki duyğusu ilə yanaşı, qəzəb də gətirmişdi. İnsanlar pandemiyanın qarşısını almaqdakı acizliyinə görə ictimai səhiyyə qurumlarına qəzəbliydilər.

“The Manchester Guardian” qəzetinin tibb müxbiri bildirirdi ki, epidemiya “preventativ tibb sahəsinin müəyyən infeksiyalarla üzləşən zaman necə gücsüz olduğunu göstərir”.

Nyuzholm və onun departamenti milli səviyyədə effektiv tətbirlər görə bilmədiklərinə xüsusi hədəfə çevrilmişdilər. Lloyd Consun yeni seçilmiş hökumətinə səhiyyə nazirliyinin gücləndirilməsi və ölkənin tibb sisteminin yaxşılaşdırılmasına dair çağırışlar edilirdi.

Ən kəskin tənqidlər isə infeksiyanın yayılmasının qarşısını almaq üçün maskalardan hamılıqla istifadəyə dair tövsiyyələrin verilməməsinə yönəlmişdi. Tənqidçilər sual verirdilər ki, nəyə görə avtobuslarda, qatarlarda və ictimaiyyətə açıq yerlərdə maskalardan hamılıqla istifadəyə dair ölçü götürülməyib. Bunun üçün San-Fransisko şəhəri nümunə göstərilirdi, bildirilirdi ki, orada şəhər miqyasında maskadan istifadə epidemiyanın nəzarət altına alınmasına töhfə verib.

Maska taxmaq məsələsi ictimai müzakirə mövzusuna çevrilmişdi, gələcək epidemiyalara hazırlıqlı olmaq üçün tibbi və mədəni dəyişikliklərin əhəmiyyətindən bəhs edilirdi. “The Manchester Guardian” sual verirdi ki, görəsən maska taxmamaq britaniyalı xarakteri barədə nəsə deyirmi: “Bəlkə də yalnız bizim britaniyalı dünyagörüşümüz ehtiyat tədbirləri görməyimizə və inflüensa epidemiyası vaxtı qoruyucu maska taxmağımıza əngəl olub”.

İkinci dalğa başa çatanda ən pisin arxada qalmasına dair bir nikbinlik vardı. Müharibə İdarəsi tərəfindən yaradılan və ordu heyəti üzərində sınaqdan keçirilən yeni inflüensa vaksininin geniş ictimaiyyət üçün əlçatan olacağına dair ümidlər yaranmışdı.

Bakteriya qarışığından düzəldilən vaksinin pnevmoniya kimi ikinci dərəcəli infeksiyalara qarşı qismən effektiv olduğu, inflüensaya qarşı isə təsirsiz olduğu müəyyən edilmişdi. Buna baxmayaraq, tələb çox idi və zavodlar yerli orqanları təchiz etməyə tələsirdilər.

İnflüensa Yeni ildən qısa müddət sonra yenə qayıtdı. Üçüncü dalğa daha az yayğın və kəskin olsa da, çox güman, Milad dövründə toxumlanmışdı. Bu, epidemik xəstəliyin müntəzəm olaraq ziyarət edəcəyini göstərən aydın bildiriş idi.

Ən sonda britaniyalılar və dünyanın digər bölgələrində yaşayanlar inflüensa ilə yaşamağı öyrəndilər. COVID-19-da olduğu kimi bu, ağır itki ilə barışmaq, sistemli uğursuzluqları etiraf etmək və epidemiyanı nəzarət altına almaq üçün yeni metodlar yaratmaq mənasına gəlirdi.

1918-ci ilin payızında hədsiz dağıdıcı olan virus hələ on illər boyu nisbətən yüngül formada olsa da yayılmağa, epidemiyalara səbəb olmağa davam etdi. İnflüensayla əlaqəli xəstəliklər və ölümlər fərdlərin, ailələrin və icmaların təcrübəsindən keçməklə, səhiyyə və sığorta sistemlərinin rəqəmlərində öz əksini tapmaqla, müasir həyatın bir parçası kimi qəbul olundu.

Hər pandemiya qeyri-müəyyənliyə doğru atılmış bir addımdır. Biz inflüensa və COVID-19-un ortaya çıxdıqları dünyaların fərqliliklərini – tibbi və elmi sahərlədəki, səhiyyə infrastrukturundakı xüsusiyyətləri və reaksiya bacarıqlarını nəzərə almalıyıq.

Geriyə baxarkən biz xatırlamalıyıq ki, hər pandemiya özüylə unikal həll yolları tələb edən unikal problemlər gətirir.

2021-ci ildəki Britaniya və dünya pandemiya ilə mübarizə aparmaq üçün heç vaxt olmadığı üstünüklərə malikdir. Amma 1918-ci ilin göstərdiyi kimi hətta ən əlçatan üstün tibb və elm şərtlərində belə, icmalar və millətlər epidemik xəstəliklərlə birgə yaşamağı öyrənmək məcburiyyətindədirlər. Qarşımızdakı məqsəd onunla birgə yaxşı yaşamaq olmalıdır: bu, 1918-ci ildə çox az adamın müvəffəq olduğu bir şey idi.

Maykl Bresalyer Svansi Universitetinin Tarix Fakültəsinin əməkdaşıdır. O, “Viral Pandemiya: Elm, tibb və müasir inflüenasının yaranışı” kitabını nəşr etməyə hazırlaşır.
theguardian.com
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
2627282930