manera.az
manera.az

Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək

📅 27.01.2021 07:27

Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
Ənənəvi Venesiya karnavalı bu il ilk dəfə olaraq tamamilə onlayn formatda keçiriləcək.

Manera.az TASS agentliyinə istinadla xəbər verir ki, geyim və maskaları nümayiş etdirmək üçün xüsusi “virtual otaqlar” artıq yaradılıb. Bundan əlavə “Televenezia” kanalında Venesiyanın tarixinə və karnaval ənənələrinə həsr olunan xüsusi buraxılışla verilişlər yayımlanacaq.

Striminqlər onlayn formatda fevralın 6 və 7-də, həmçinin 11-dən 16-dək olacaq.

Təşkilatçılar söz veriblər ki, platforma gündəlik olaraq 100 min istifadəçini qəbul edə biləcək.


Baxış sayı - 520 | Yüklənmə tarixi: 27.01.2021 07:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031