manera.az
manera.az

AYB-nin bölmə sədri vəfat edib

📅 26.11.2020 14:43

AYB-nin bölmə sədri vəfat edib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan bölməsinin sədri, tanınmış yazıçı Asif Cəfərli dünyasını dəyişib.

Manera.az xəbər verir ki, bu barədə yazıçının dostu, tənqidçi Əsəd Cahangir məlumat verib.

A.Cəfərli uzun sürən xəstəlikdən vəfat edib.

Mərhum yazıçının bir neçə şeirini oxuculara təqdim edirik:

Yaşadacaq dünya səni

Gəl açma sən bu kələfi
Dünya necədir, sənə nə?
Nur-işıqdır, bir tərəfi
Zülmət gecədir, sənə nə?

Yaratdığın yaşadacaq,
Yaxşıya pisə böləcək,
Böləcək xeyirə-şərə,
Gecə-gündüzə böləcək.

Gah boşalıb, gah dolacaq,
Ovudacaq səni, məni.
Yaxşı əməlin olarsa.
Yaşadacaq dünya səni.

Toz qonub sözüm üstə

Mənə bir söz söylədin,
Söylədim, gözüm üstə.
Söz ruhumu yandırdı,
Su səpdin közüm üstə.

Gözlərim qana düşdü,
Damara-qana düşdü.
Çox söz yan-yana düşdü
Mən düşdüm özüm üstə.

Sakit durub dayandım
Göy rənginə boyandım
Çox sonralar oyandım
Toz qonub sözüm üstə.

Həsrət, yerin gor olsun

Həsrəti çəkdim özümə
Tələsik yığdım gözümə.
Yenə baxmadı sözümə
Həsrətin gözü kör olsun.

Lal olub dinməyə sən,
Bircə yol gülməyəsən.
İsinə bilməyəsən,
Həsrət, yerin qor olsun.

Asif tək göynəyəsən
Həmişə inləyəsən.
Torpağı çiynəyəsən,
Həsrət, yerin gor olsun.

AYB-nin bölmə sədri vəfat edib


Baxış sayı - 594 | Yüklənmə tarixi: 26.11.2020 14:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031