manera.az
manera.az

"Oğuz" adının mənşəyinə bir baxış - Araşdırma

"Oğuz" adının mənşəyinə bir baxış - Araşdırma
Müasir ədəbiyyatda, tarixdə, folklorda, dilçilikdə birmənalı olaraq "Oğuzlar" məfhumunun "ok, ox" sözündən yarandığı izah edilir.

Bu yozum qədim dövr yazılı abidələrində aparılan araşdırmalardan, müasir məqalələrə qədər bütün tədqiqatlarda öz məna çalarlarını qoruyub saxlayıb.

Həqiqətənmi "Oğuzlar" məfhumu "ok, ox" sözündən yaranıb?

Qədim Qobustan qayaüstü rəsmlərindəki, Orxon-Yenisey abidələrindəki ox rəsmləri mövcud fikrin yaranmasında böyük rol oynayıb. Tarixi mənbələrdə Böyük İskəndərin İran hökmdarı I Dara ilə Qavqamela döyüşündə (e.ə. 01.10.331-ci il) Dara tərəfindən oğuz mənşəli oxatan (oxçular) döyüşçülərin iştirakı göstərilir. İranlı döyüşçülərdən fərqli olaraq, onların çox cəsur olduqları bildirilir.

Böyük İskəndər I Daranı məğlub etdikdən sonra da həmin cəsur oxçuların öz ordusuna, Şərqə doğru yeni yürüşlərə cəlb olunmasına çalışıb. Belə çıxır ki, hələ e.ə. 330-cu illərdə oğuzların döyüşkən bir xalq olması bəlli imiş. Bu gün oğuzlar dünyası kimi tanınan, Sibirdən müasir Türkiyəyə kimi zəncirvari şəkildə birləşmiş ölkələrin əksər əhalisinin məhz oğuz mənşəli olması da elmi mülahizələr sırasında xüsusi yer tutur.

Aparılan elmi araşdırmalardan məlum olur ki, "türklər" məfhumunundan öncə bütün qədim abidə və yazılı mənbələrdə "oğuzlar" məfhumu işləninb. Görkəmli türk alimi Faruk Sümər "Oğuzlar (Türkmənlər)" əsərində (çevirən: professor Ramiz Əskər) göstərir ki, XI əsrdən Oğuzlar Yaxın Şərqdəki qonşularından onlar barədə "türk" kəlməsini duymağa başlayıblar. Görünür, oğuzlara "türklər" adının verilməsi Yaxın Şərq xalqlarının onlara baxış bucağının nəticəsidir. Alim əsərində qeyd edir ki, oğuzlara XI əsrdə "türkmən" adı verilib ki, bu da təqribən iki əsr sonra hər yerdə "oğuz" adının yerini tutub. Ancaq "oğuz" sözü dastanlarda xatirəsi yaşadılan əcdadlarımızın adı kimi türkmənlər arasında uzun müddət işlənib.

Faruk Sümər öz əsərində "Oğuz" sözünün etimologiyasının açılışını məşhur macar dilçisi Y.Nemetin fikirlərinə əsaslanaraq izah edir. Y.Nemet "oğuz" sözünü "ok-uz" şəklində, yəni "ok"u - qəbilə, boy, "z" hərfini isə cəm ədatı kimi izah etmişdi. Bu cür təhlil bir daha onu göstərir ki, "oğuz" kəlməsi "ox" sözündən formalaşıb. "Oğuz" sözünün tədqiqində ən mühüm cəhət onda iştirak edən fonemlərin iştirakının nəzərə alınmasıdır.

Ox alətinin silah növü kimi oğuzlara mənsub olması yəqindir. Məhz bu atribut oğuzların ta qədimdən döyüş qabiliyyətli, ilkin ibtidai strateji arsenala sahib olmalarını sübut edir. Oğuzlar ox alətini cavan ağcaqayın kolundan düzəldirdilər. Bu, avropalılara da məlum idi. Latın dilində qara ağcaqayın kolu "Aser tataricum" adlanır. "Tatarlar" adı isə monqol-tatar yürüşündən sonra avropalılar tərəfindən oğuzlara verilən addır.

Romalıların Oğuz ellərinə hücumu zamanı məşhur coğrafiyaçı Strabonun tərtib etdiyi xəritədə "Arxsaq", "Saki", "Aceri" kimi coğrafi məntəqələrin adları qeyd edilib. Təəssüflər olsun ki, əksər alimlər, bu toponimləri qədim oğuz dilində araşdırmağa çalışmışlar. Bu isə konkret nəticə verməyib. Əslində, "Arxsaq" sözü nə oğuz, nə də erməni dilindədir. "Arxsaq" sözü latın dilində olub, "arxe" - "qədim, əski", "saq" sözü isə "sagitta" sözündəndir - "ox" deməkdir. "Arxsaq" sözü bütövlükdə "Qədim Oğuzlar" mənasını verir. "Aceri" sözünün də indiyə qədər açılmamasının səbəbi eynidir. Bu söz latın dilində olan "archer" sözündən olub, mənası "oxatan" deməkdir. Bu araşdırmada əsas məntiq romalıların yazı işlərini latın dilində aparmalarının nəzərə alınmasıdır. "Saki" adlanan ərazilərdə oğuzların yaşadıqları də diqqətdən qaçmamalıdır.

Qeyd edək ki, "oğuz" sözünün yaranması bir başqa variantla da əlaqələndirilir. Görkəmli alim Qəzənfər Kazımov "Azərbaycan dilinin tarixi" kitabında dünya dilçilərinin fikirləri əsasında qədim-ulu dilin sözlərinə aid olan "ka" məfhumu haqqında geniş məlumat verir. Alim bir çox dillərdə günümüzə gəlib çıxmış bu mənşədən olan sözlərin geniş elmi izahını təqdim edir. Əslində, Azərbaycan türkcəsində avropalılardan keçmə "k" səsi yoxdur. Bu səs qədim oğuzlarda "q", "ğ", "g" və digər keçidi mümkün olan qohum samitlərlə sözlər düzəldib.

Beləliklə, ehtimal ki, burada başlanğıc söz "qa"dır. "Qa" sözünə "z" cəm şəkilçisi əlavə olunub. Sözün ilkin forması "qa+z" olmuşdur. Əgər diqqət versək, oğuz mənşəli xalqların adlarında və yer adlarında "qa+z" məfhumuna çox sayda rast gəlinir. Məsələn, qazax, qaqauz, Qazan (həm insan, həm də şəhər adı kimi) və sair. "Kitabi-Dədə Qorqud"da işlənən şəxs və yer adlarında da bu məfhuma rast gəlinir: Qazan xan, Qazılıq dağı. Çox güman, "oğuz" sözü də məhz bu cür səs-hərf dəyişmələri nəticəsində "qa+z" kəlməsinin bir törəməsi olaraq meydana gəlib.

"Oğuz"u totemlə bağlamaq, tarixin çox qədim dönəmində öküzün - buğanın güc, qüdrət rəmzi kimi müqəddəs sayılması ilə əlaqələndirmək istiqaməti də vardır. Qədim Misirdə Qəb-bəqərə (inək), Avropa xalqlarında Qod-cow (inək), Qədim Sasanilərdə Gaviyan-gav (inək), ruslarda Boq-bık (öküz) məhz bu təmayüldəndir. Yer kürəsinin məhz öküz buynuzları üstündə dayanması barədə qədim inanc da elə həmin düşüncədən, öküzün qüdrət mənbəyi hesab edilməsindən irəli gəlib. Əcdadlarımızdan bizə miras qalmış xalçalardakı buynuz naxışları, Qobustandakı qayaüstü abidələrdəki öküz rəsmləri də bunun təzahürü kimi göürülə bilər. /525.az/

Həsən ƏLİYEVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930