manera.az
manera.az

Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri

Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
MANERA.AZ "Unudulmazlar" rubrikasında Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin şeirlərini təqdim edir:

İstəsəydim

İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə calardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .

Ağlama, gəlinim, qızım, ağlama

Qanlı Yanvar günlərinə

Ağlama kamanım, sazım, ağlama!
Sil bu göz yaşını, gözüm, ağlama!
Gəlinim ağlama, qızım, ağlama,
Dərddən güclüləri dərd əyə bilməz!

Aç qara örpəyi, gülüm, başından,
Çaylar bulanmasm qoy göz yaşından,
Körpən qəm əmməsin ana döşündən,
Göz yaşı tökdürən, göz yaşı silməz.

Demə ki, yurdunda töküldü qanlar,
Biz dağıq, dağlarda gurlar tufanlar,
Zirvədə püskürər odlu vulkanlar,
Təpələr düzənər, dağlar əyilməz!

Qırılan ağacın yerində müdam
Təzə ağac əkər qüdrətli bağban,
Təzə nəsil böyüt, ey dərdi ümman!
Oğulsuz millətə, millət deyilməz!
Dərddən güclüləri dərd əyə bilməz.


***
Sən-qəhqəhə,
Mən-göz yaşı.
Hardasan, könlüm sirdaşı?
Tufanlıdır ömrün qışı.
Sən gül!
Mən gülə bilmirəm.

Şənlik içindəykən aləm,
Nədir könlümdəki bu qəm?
Neyləyim ki, mən bəxti kəm
Dərdimi bilə bilmirəm.

Qəm əyib məğrur başımı,
İtirmişəm sirdaşımı,
Selə dönən göz yaşımı
Üzümdən silə bilmirəm.

Səhrada bitmiş bir güləm,
Fəsli quraq keçən iləm.
İstəyirəm sənsiz öləm,
Neyləyim, ölə bilmirəm.

Gəl

Qırıq açar qapı açmaz,
Qırıq qanadla quş uçmaz.
İgid olan darda qaçmaz,
Gəl, çətinə dözənim, gəl!

Tərlan idin, dönmə sara.
Qonmaq üçün zirvə ara.
Aman vermə gülü xara,
Gəl, dünyanı gəzənim, gəl!

Dağam, duman var başımda,
Ürək alışar döşümdə.
Gəl, ağlatma bu yaşımda,
Ürəyimi əzənim, gəl!

Girdim hicran otağına,
Dözdüm illər sınağına.
Gəl, ey solgun yanağıma
Mirvarilər düzənim, gəl!

(Tural Adışirinin təqdimatında)

Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləri
Ürəyimdə bir həsrətin qəmi var - Mirvarid Dilbazinin şeirləriБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930