manera.az
manera.az

Ana dili - Firudin bəy Köçərlinin məqaləsi

📅 01.08.2020 13:02

Ana dili - Firudin bəy Köçərlinin məqaləsi
MANERA.AZ görkəmli maarifçi, ədəbiyyayşünas Firudin bəy Köçərlinin Ana dili ilə bağlı məqaləsini təqdim edir.

"Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir.

Bizim Azərbaycan türklərinin dəxi özlərinə məxsus dili vardır.

Uzun müddət İran dövlətinin nüfuzu altında yaşamaqla belə bizim dilimizə bir növ fars dilinin qanun və qaydası sirişt edibdir. Amma bununla belə dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın. Bəlkə dili bir dərəcədə dövlətləndiribdir. Doğrudur, bizim qabil və mahir ədiblərimiz az olubdur, amma olanları ana dilini can-dildən seviblər və yazılarını açıq və aydın yazıblar.

Abbasqulu ağa Bakıxanovun “Nəsihətnaməsi”, Mirzə Fətəli Axundovun komediyaları, Qasımbəy Zakirin məktubatı, Hacı Heybətbəy Fədanın “Məkkə səfərnaməsi”, Hacı Seyid Əzimin mövzun əşar və kəlamı, Həsənbəy Məlikzadənin ülum və fünunə dair yazdığı kitablar və siyasi məqalələr – cümləsi açıq və aydın dildə yazılmış əsərlərdir.

....İndi qəzetlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Ana dili öyrətmək üçün yazılan təlim kitablarımız elə bir çətin dildə yazılır ki, onların vasitəsi ilə ana dilini ancaq unutmaq olar. Üç-dörd yüz səhifəli təlimi-qiraət kitablarımızda “ata”, “ana”, “yaxşı” kimi çox işlənən və əziz sözlər dərman üçün belə axtarılsa tapılmaz. Bizim əqidəmizcə, bu müqəllidlik və rəftar millətə xəyanət etməkdir. /azedu.az/

Firidun bəy Köçərli
1863-1920


Baxış sayı - 968 | Yüklənmə tarixi: 01.08.2020 13:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031