manera.az
manera.az

Ordu günü münasibətilə konsert proqramı hazırlanıb

Ordu günü münasibətilə konsert proqramı hazırlanıb
Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı hazırlanıb.

Mərkəzdən Manera.az-a verilən məlumata görə, dövlətimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçı iştirakı olmadam aparılıb.

Konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər. Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusu və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da Azərbaycan Televiziyası (AZTV)İctimai Televiziyada saat 21:30-da yayımlanacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31