manera.az
manera.az

İspaniyada bitkilərə konsert verilib

📅 24.06.2020 06:35

İspaniyada bitkilərə konsert verilib
İspaniyanın Barselona şəhərindəki "Gran Teatre del Liceu" Operası üç aylıq karantindən sonra ilk konsertini bitkilərə verib.

Manera.az xarici mətbuata istinadən xəbər verir ki, altı dəqiqəlik performans zamanı Cakomo Puççininin “Crisantemi” əsəri ifa edilib.

Performansda adi qaydada konsertdə yerinə yetirilən bütün qaydalara əməl edilib, hətta “Konsert başlayır” anonsu belə verilib və 2300 bitki oturacaqlarda “yerini alıb”.

Konsertdən əvvəl baş prodüser Eugino Ampudia deyib ki, koronavirus yoluxması üzündən insanlar geri çəkilməyə məcbur qalıb və təbiət onun əlindən alınan, insanların boşaltdıqları məkanlara daxil olub: “Empati hissimizi artıra bilərikmi? Gəlin sənət və musiqi ilə başlayaq və təbiəti gözəl bir konsert salonuna dəvət edək”.

Salonda yer alan bitkilərin pandemiya ilə mübarizə aparan tibb işçilərinə bağışlanacağı qeyd olunub./apa.az/


Baxış sayı - 613 | Yüklənmə tarixi: 24.06.2020 06:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031