manera.az
manera.az

“Mən”dən içəridə “sən”ə qədər yol - Şeirlər

📅 16.06.2020 03:00

“Mən”dən içəridə “sən”ə qədər yol - Şeirlər
MANERA.AZ Özbəkistanın istedadlı gənc şairi Rəhmət Babacanın şeirlərini təqdim edir:

1

Təklik illərində hərdən yanılıb.
Bu adam unutdu öz adını da.
İndi onun üçün baş əymək – adət
Diz çökməyi isə - ali bir qida.

Ruhunun içində oynar qara dərd,
Ürəyinə axar, doluşar zəqqum.
İndi onun üçün sinəsin ovub,
Əyilib yaşamaq daha xoş, mühüm.

Onun əhvalına acıdım sakit,
Gözlərində qayğı tutub sıra, səf.
İndi onun üçün həyat lənətdir,
Ancaq ölüm isə şərəfdir, şərəf

2

Yaxşı tanıyırlar onu hər yerdə,
Onun qəlbi açıq, eldə bir olub.
Əzab yandırmadan ürəyin hələ,
Hicran daşımaqdan bəlkə yorulub.

Onu qarşılayar işdəkilər, ev,
Şəhərdə var-yoxu iki duracaq.
Lovğa geyimlərə cəsədin büküb,
Ağzında siqaret o sovuracaq.

Dərdləri bolluca, təşvişi maldır,
Qəmidir başqası sığallanarsa.
Alçalır adamın alqış səsindən,
Məhəbbət haqqında mahnı oxunsa.

Yetər, yadlaşdırmaq gərək, qisməti,
Öz yerini bilə (dözüm tükənə).
Dağlar arxasına çəkilə boran,
Buludlar ardından günəş diksinə.

3

İçəri – məvhumdur, içəri - doğru,
Çöldə yalan yaşar suya bərabər.
Gözdən içəridə yol yaşa qədər,
Tordan içdəki yol savaşa qədər.

Sözdən içəridə daşa qədər yol,
“Mən”dən içəridə “sən”ə qədər yol.
Lazım olan yolu tapmaq çətindir,
Yol vardır, yeri get, özünü yetir,
Könüldən-könülə, addımbaaddım...

Daim qəflətdəmi günlər düzümü?
Yox, gecə çəkilməz, danlar, yox, çıxar.
Hamı içəridə gəzər özünü,
Çöldə kimlər isə özün itirər...

Bir gün o da gələr, söyləyərək gül.
Bir sirri açar o gözdən kənara:
Ölümə aparar - çöldə olan yol,
İçdəki yol gedir - Pərvərdigara.

Özbəkcədən çevirdi: Şahməmməd Dağlaroğlu


Baxış sayı - 750 | Yüklənmə tarixi: 16.06.2020 03:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031