Orxan Pamukun məşhur romanı serial olur

2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan məşhur Türkiyə yazıçısı Orhan Pamukun "Məsumiyyət muzeyi" romanına serial çəkilir.
Manera.az xəbər verir ki, "Məsumiyyət muzeyi" serialının baş rolunda Çağatay Ulusoy olacaq.
Netflix-in rəqibi Amazon Prime Video üçün çəkiləcəyi deyilən serialda Pınar Dəniz Ç.Ulusoyun tərəf-müqabili seçilib.
Amazon Prime Video-dakı ilk türk yapımı kontenti olacaq serialın nə zaman yayımlanacağı dəqiqləşməyib. Ancaq bəzi mənbələrdə serialın növbəti il hazır olacağı qeyd edilir.
Əlavə məlumat üçün bildirək ki, "Məsumiyyət muzeyi" 2008-ci ildə yayımlanıb. Romanın Orhan Pamukun qızı Röyaya ithafən yazıldığı bildirilir. Müəllif bu kitab üzərində on il işləyib. Roman "New York Times" tərəfindən “2009-cu ilin Ən yaxşı kitabları” siyahısına salınıb. Bundan əlavə, O.Pamuk 2012-ci ildə romanın mövzusunu ehtiva edən eyniadlı muzey də yaradıb.