manera.az
manera.az

Xalq yazıçımız Avropa Akademiyasının həqiqi üzvü seçilib

📅 31.01.2020 06:15

Xalq yazıçımız Avropa Akademiyasının həqiqi üzvü seçilib
Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.

A.Məsud akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam Nikol Lemer dAqacionu, sessiya iştirakçılarını salamlayaraq əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb:

“Əsrlərboyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır”.

Xalq yazıçımız Avropa Akademiyasının həqiqi üzvü seçilib
Xalq yazıçımız Avropa Akademiyasının həqiqi üzvü seçilib


Baxış sayı - 602 | Yüklənmə tarixi: 31.01.2020 06:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031