manera.az
manera.az

Lənkəran Teatrında yeni tamaşa

📅 29.01.2020 10:39

Lənkəran Teatrında yeni tamaşa
Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Teatrın ədəbi-dram hissə rəhbəri Ağaddin Babayevin Manera.az-a verdiyi məlumata görə, tamaşa fransız dramaturqu Marsel Berkye-Marinyenin "Oğru" komediyası əsasında hazırlanıb.

Kasıb bir fransız ailəsinə xas olan klassik üçlük - ər, arvad və onun məşuqəsi arasındakı münasibətlərdən bəhs edən səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, səhnə tərtibatçısı rəssam Tərlan Sadıxov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.

Əməkdar artist Sucəddin Mirzəyevin, Aynur Əhmədovanın, Sayad Əliyevin və Nizami Qurbanovun rol aldıqları bu tamaşanın martın birinci ongünlüyündə təhvil veriləcəyi nəzərdə tutulub.

A.Babayev bildirib ki, cari mövsümdə teatrda həmçinin Xanımana Əlibəylinin 100 illik yubileyinə töhfə olaraq onun “Ləpələrin nağılı”, türk yazarı Suat Dərvişin “Fosforlu Cevriyyə” və Əli Əmirlinin “Hasarın o üzü” əsərlərinin də tamaşaya hazırlanması planlaşdırılıb.


Baxış sayı - 736 | Yüklənmə tarixi: 29.01.2020 10:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930