manera.az
manera.az

Kukla Teatrı mövsümü başa vurur

📅 10.07.2019 13:32

Kukla Teatrı mövsümü başa vurur
Respublikada fəaliyyət göstərən teatr-konsert müəssisələri mövsümü başa vurur

İl ərzində əldə etdiyi nailiyyətlərinin, ölkə və beynəlxalq miqyasdakı festival və qastrollarda iştirakının say sırası ilə seçilən sənət ocaqlarından biri də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, yaradıcılıq baxımından səmərəli fəaliyyəti ilə seçilən teatr müəssisəsi iyulun 11-də 87-ci mövsümünün başa çatması münasibətilə teatrsevərləri ətrafına toplayacaq.

Həmin gün il ərzində məhsuldar səhnə nümunələri sərgiləyən yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar.

Artıq ənənə halını alan bu təntənəli bağlanış mərasimində mövsüm ərzində əldə olunan uğurların, yaradıcılıq planı üzrə görülən işlərin hesabatı da veriləcək.

Teatr əməkdaşlarının stimullaşdırılması, onların illik fəaliyyətinə rəmzi qiymətin verilməsi məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, ən yaxşı aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.

Tədbirdə teatrın fəaliyyətini daha geniş şəkildə işıqlandıran, sənət ocağının yaradıcılığı ilə ictimaiyyəti daha yaxından tanış edən kütləvi informasiya vasitələri təmsilçilərinin “Teatrın dostu” nominasiyasında mükafatlandırılması da reallaşacaq.

Mərasimdə repertuardakı seçkin və yeni tamaşalardan səhnəciklər, “Oyuq“ teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında musiqi çələngi də təqdim olunacaq.


Baxış sayı - 1 303 | Yüklənmə tarixi: 10.07.2019 13:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031