manera.az
manera.az

Musiqili Teatr ən yaxşılarını mükafatlandırdı

📅 04.07.2017 17:14

Musiqili Teatr  ən yaxşılarını mükafatlandırdı


Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 15-də 107-ci mövsümü yekunlaşdıracaq. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub.

Artıq ənənə halını alan tədbirdə kollektivdə mövsüm boyu yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşlar mükafatlandırılıb. Tədbiri giriş sözüylə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, yeni mövsümdə qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib. Sonra mükafatlandırma mərasimi keçirilib.
Ülviyyə Əliyeva "Mövsümün sevilən aktrisası", Əkbər Əlizadə "Mövsümün sevilən aktyoru", Rauf Babayev "Mövsümün perspektivli aktyoru", Elnarə Nağdəliyeva "Mövsümün perspektivli aktrisası", Ruslan Mürsəlov "Mövsümün ən məhsuldar aktyoru", Cəlalə Novruzlu "Mövsümün ən yaxşı balet artisti", Murad Əliyev "Mövsümün ən yaxşı xor artisti", Qabil Gözəlov "Mövsümün ən işgüzar əməkdaşı", Emil Heydərov "Mövsümün aktyoru", Nərgiz Kərimova "Mövsümün aktrisası", Elməddin Dadaşov "Mövsümün ən yaxşı rejissor asisstenti" seçilib. Mövsüm ərzində uğurlu debütə görə Atəş Qarayev və Aydan Həsənova mükafatlandırılıb. Gülcahan Salamova "Bərpa tamaşasında uğurlu rola görə", Rahib Məmmədzadə, Tamerlan Əhmədov və Fatimə Hüseynova "Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı", Anar Muradov "Mövsümün ən yaxşı texniki işçisi" nominasiyaları üzrə qalib olublar. Xalq artistləri Şükufə Yusupova "Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə”, Şəfiqə Məmmədova "Mövsüm ərzində teatrın dostu", Afaq Bəşirqızı isə "Billur alma" mükafatına layiq görülüblər.
Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.

Musiqili Teatr  ən yaxşılarını mükafatlandırdı

Musiqili Teatr  ən yaxşılarını mükafatlandırdı

Musiqili Teatr  ən yaxşılarını mükafatlandırdı

Musiqili Teatr  ən yaxşılarını mükafatlandırdı


Baxış sayı - 1 273 | Yüklənmə tarixi: 04.07.2017 17:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031