manera.az
manera.az

Bir də gördün fotodu adam - ŞEİR

📅 06.07.2019 21:20

Bir də gördün fotodu adam - ŞEİR
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi,
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.

Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.

Bir də gördün oddu adam
Bir də gördün ot oldu.
Bir də gördün adamdı adam
Bir də gördün ad oldu.

Ələkbər SALAHZADƏ


Baxış sayı - 3 072 | Yüklənmə tarixi: 06.07.2019 21:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930