manera.az
manera.az

Cəfər Cabbarlının romanı və məktubları çap olunacaq

📅 26.04.2019 13:33

Cəfər Cabbarlının romanı və məktubları çap olunacaq
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb.

Manera.az xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiyada məlumat verib.

O bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanı, eləcə də bu günə kimi dərc edilməyən məktubları tapılıb:

"Həmin roman və məktublar tezliklə çap olunacaq".

MANERA.AZ


Baxış sayı - 853 | Yüklənmə tarixi: 26.04.2019 13:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930