manera.az
manera.az

Azərbaycanlı gəncdən maraqlı uğur - VİDEO

📅 02.04.2019 09:58

 Azərbaycanlı gəncdən maraqlı uğur - VİDEO
Ailəsi ilə birlikdə ABŞ-da yaşayan azərbaycanlı gənc İbrahim Məmmədov maraqlı bir uğura imza atıb. O, Harvard, Yel, Stanford, Prinston, Kolumbiya universitetləri daxil olmaqla, dünyanın doqquz aparıcı universitetinə qəbul olub.

Hələ 9 yaşında ikən Azərbaycandan köçən İbrahim məktəb təhsilinin böyük hissəsini Nyu-Yorkda, Bruklinin Texniki Litseyində alıb. İndi isə o, təhsilini Harvarda davam etməyə və Azərbaycan dilinin etnoqrafiyası haqda elmi araşdırma etməyə hazırlaşır.

Arzuladıqları universitetlərə qəbul olmaq istəyən gənclərə tövsiyəsində İbrahim onlara çox şeyləri qurban verməli olacaqlarını qeyd etdi: “Xoşladığım, sevdiyim işləri görməyə vaxt tapa bilmirdim. Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm. Bu cür çətinliklərə üzləşəndə həvəsdən düşməsinlər, oxumaqlarına davam etsinlər. Axırı yaxşı olacaq.”

İbrahim Məmmədovla tam müsahibə videoda.


Baxış sayı - 1 278 | Yüklənmə tarixi: 02.04.2019 09:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031