manera.az
manera.az

Aysel Fikrətin "Özgə evi " işıq üzü gördü

📅 27.03.2019 15:05

Aysel Fikrətin "Özgə evi " işıq üzü gördü
Aysel Fikrətin "Özgə evi " adlı yeni kitabı işıq üzü görüb.

“Özgə evi”ndə müəllifin son illərdə qələmə aldığı hekayə, esse, povestləri dərc olunub. Bu, müəllifin sayca dördüncü kitabıdır.

“Alatoran” nəşriyyatında çapa getmiş kitabın redaktoru Məlahət Qənbərova, dizaynı Zaur Məmmədova məxsusdur.
Aysel Fikrətin "Özgə evi " işıq üzü gördü
“Hər kitab bir izdir. Bu kitabda sığınan esse, hekayələr həsrət qoxuludur. Düşünürəm ki, insan acılardan yox olsa belə sənət acılardan var olur. İçinizdəki kədərin qədrini bilin. Bəzən onun izinə düşməyə çalışın. Həyata başqa pəncərədən baxmağa başlayın. Özgə evindən...” Kitaba giriş bu sözlərlə başlayır.

Qeyd edək ki, Aysel Fikrət kitabı atası, mərhum şair Fikrət Sadığa həsr edib.

MANERA.AZ


Baxış sayı - 1 621 | Yüklənmə tarixi: 27.03.2019 15:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930