manera.az
manera.az

Kənan Hacının imza günü keçirilib

📅 10.03.2019 13:00

Kənan Hacının imza günü keçirilib
Martın 9-da Kitabevim.az-da tanınmış yazıçı Kənan Hacının “Sonuncu dərviş” kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Manera.az xəbər verir ki, təqdimata yazıçının qələm dostları, ədəbiyyatşünaslar, tanınmış ictimaiyyət nümayəndələri və oxucuları toplaşıb.

Tədbirin aparıcısı gənc yazar Nicat Həşimzadə Kənan Hacının yaradıcılığı barədə məlumat verərək onun öz bənzərsiz üslubu ilə oxucuların sevgisini qazandığını vurğulayaraq ədəbiyyatımızda öz çəkisi olan yazıçı kimi tanındığını qeyd edib.

Əməkdar jurnalist Azər Həsrət, telejurnalist, yazıçı Azad Müzəffərli, Aztv-nin ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru, yazıçı Azər Qismət, şair Balayar Sadiq, şair Rəfail Tağızadə, yazıçı Aləm Kəngərli, yazıçı-ssenarist Əyyub Qiyas, gənc şairlərdən Şahanə Müşfiq, Ümid Nəccari, İntiqam Yaşar, yazar-araşdırmaçı Akəm Xaqan, Vaqif Osmanov, şair Süleyman Abdulla və digərləri yazıçının ədəbiyyatımızdakı yerindən və əsərlərinin özünəməxsusluğundan danışıblar.

Sonda yazıçı kitabın nəşri üçün “Xan” nəşriyyatının rəhbərliyinə təşəkkürünü bildirib və kitabını qonaqlar üçün imzalayıb.

Qeyd edək ki, “Sonucu dərviş” romanı yazıçının sayca 5-ci romanıdır. Əsər “Xan” Nəşrlər Evində çap olunub. Naşiri Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.

MANERA.AZ təqdimatdan fotolar təqdim edir:

Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib
Kənan Hacının imza günü keçirilib

MANERA.AZ


Baxış sayı - 1 321 | Yüklənmə tarixi: 10.03.2019 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031