manera.az
manera.az

Hindistan universitetində "Nəsimi İli" qeyd olunub

📅 04.03.2019 13:08

Hindistan universitetində "Nəsimi İli" qeyd olunub
Hindistanın Aqra şəhərindəki Kendriya Hindi Sansthan Universitetində “Nəsimi ili” çərçivəsində konsert proqramı təqdim olunub.

Manera.az xəbər verir ki, konsert ölkəmizin Hindistandakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçılarına Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Sonra universitetdə təhsil alan Azərbaycan və digər türkdilli ölkələrdən olan tələbələr tərəfindən müxtəlif mahnı və rəqslərin yer aldığı konsert proqramı təqdim edilib.

Universitetin rektoru Nand Kişor Pandey, ali təhsil ocağının müəllim və tələbə heyətinin izlədiyi konsert maraqla qarşılanıb.

Hindistan universitetində "Nəsimi İli" qeyd olunub
Hindistan universitetində "Nəsimi İli" qeyd olunub

MANERA.AZ


Baxış sayı - 1 026 | Yüklənmə tarixi: 04.03.2019 13:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031