manera.az
manera.az

Yeni nəşr: “Bədii ədəbiyyatda dialektizmlər"

📅 22.02.2019 13:01

Yeni nəşr: “Bədii ədəbiyyatda dialektizmlər"
AMEA Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, dosent Kubra Quliyevanın “Bədii ədəbiyyatda dialektizmlər” adlı kitabı çap olunub.

Lüğətin redaktoru Xalq şairi Fikrət Qoca və filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyevadır.

Rəyçilər – professor Məhərrəm Məmmədli, dosentlər- Güntəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.

Lüğətdə muxtəlif dialekt və şivə daşıyıcısı olan yazıçı və şairlərin əsərlərindən Azərbaycan ədəbi dilində işlənməyən, yalnız danışıq dilində – dialekt və şivələrdə təsadüf olunan 2200-dən çox söz və ifadə toplanmışdır.

Lüğət dil tarixinin öyrənilməsi, bir sıra qədim söz köklərinin araşdırılması, etimoloji tədqiqat və etimoloji lüğətlərin tərtibi, eləcə də dialektoloji lüğətlərin, dilin leksik bazasının zənginləşdirilməsi üçün əhəmiyyətlidir.

MANERA.AZ


Baxış sayı - 1 372 | Yüklənmə tarixi: 22.02.2019 13:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930