manera.az
manera.az

Azərbaycan dilində ilk yeni dərslik nəşr olunub

Azərbaycan dilində ilk yeni dərslik nəşr olunub
Azərbaycan dilində ilk dəfə italyan dilini öyrənənlər üçün dərslik nəşr olunub.

Manera.az xəbər verir ki, “İtalyan dili, addım-addım” kitabı Azərbaycan dilində nəşr olunmuş ilk dərslik kitabıdır. Kitabın müəllifi Ləman İsmayılovadır. Dərslik, əsasən, italyan dilini sərbəst şəkildə və ya italyan dili qrammatikasını Azərbaycan dili ilə müqayisə edərək öyrənmək istəyənlər üçün nəzərdə tutulub. 21 bölmədən ibarət olan dərsliyin nəşr olunmasında əsas məqsəd müstəqil öyrənənlər üçün Azərbaycandilli oxuculara italyan dilində oxumaq, anlamaq və yazmağı öyrətmək, eyni zamanda onlara italyan xalqının mədəniyyəti, tarixi, məişəti barədə qısa mətnlər daxilində məlumat çatdırmaqdır.

Qeyd edək ki, L.İsmayılova 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin “Tərcümə” fakültəsinin “İtalyan dili” kafedrasında bakalavr və magistr pillələri üzrə təhsil alıb. İtaliya mədəniyyəti ilə əlaqədar tədbirlərdə tərcüməçi kimi iştirak edib. İtaliyanin Peruca şəhərində “Università per stranieri di Perugia” da müəllimlər üçün ixtisasartırma kursu keçib. Azərbaycan Milli Konservatoriyasında “İctimai elmlər” kafedrasının İtalyan dili müəllimi kimi fəaliyyət göstərib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031