manera.az
manera.az

Bədii Şura yaradıldı: müğənnilərə nəzarət olacaq

📅 07.02.2019 13:50

Bədii Şura yaradıldı: müğənnilərə nəzarət olacaq
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Manera.-az-a verilən məlumata görə, Bədii Şura ayda iki dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək.

Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır.

Bədii Şurada müğənni, Xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi, bəstəkar, Xalq artisti Faiq Sücəddinov, xanəndə, Xalq artisti Mənsum İbrahimov, şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, Xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, Xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, Xalq artisti Təranə Muradova, tarzən, Xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.

MANERA.AZ


Baxış sayı - 758 | Yüklənmə tarixi: 07.02.2019 13:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031