manera.az
manera.az

Həsənağa Turabovun 80 illik yubileyi keçiriləcək

📅 14.11.2018 16:21

Həsənağa Turabovun 80 illik yubileyi keçiriləcək
Noyabrın 15-də Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi ilə bağlı xatirə tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, xatirə tədbirində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin arxivindən Həsənağa Turabovun həyat və yaradıcılığını əks etdirən fotosərgi təqdim olunacaq, sənətkarın oynadığı tamaşalardan səhnələr nümayiş etdiriləcək.

Anım tədbirinin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, rejissor assistentləri Elnur Məmmədov və Tural Mustafayevdir.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 6-da Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Respublika Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Səttar oğlu Turabovun anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

MANERA.AZ


Baxış sayı - 1 229 | Yüklənmə tarixi: 14.11.2018 16:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031