manera.az
manera.az

Həmyerlimiz türk filmində rol alıb

📅 13.08.2018 17:11

Həmyerlimiz  türk filmində rol alıb
Avqustun 17-də “Artlemma” film şirkətinin istehsalı olan “Milyonluk kuş” filminin Türkiyədə təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, azərbaycanlı aktyor Müşfiq Şahverdiyev də bu filmdə rola çəkilib.

O, mətbuata açıqlamasında bildirib ki, film tam fərqli bir ekran əsəridir: “Artıq bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə birgə rola çəkilmişəm. Əvvəl tərəddüd etdim, özümü yaxşı göstərə bilmədim. Çünki türk dilini yaxşı bilmirdim. 3 günə ssenarini oxuyub əzbərlədim. Qarşıma məqsəd qoydum ki, ölkəmizi layiqincə təmsil edim. Bəli, bu film mənim üçün Türkiyə kino məkanına qapı ola bilər. Türklərin böyük media saytları məndən yazmışdılar. Bu xəbərləri görəndə sevincdən bədənim əsirdi. Oranın mətbuatının məndən yazması böyük uğurdur. Məni “kahkaha makinesi” kimi təqdim edirdilər. Keçən il mümkün olmasa da, film bu il avqustun 17-də Türkiyədə təqdim olunacaq. Daha sonra noyabr ayı üçün Bakıda qala gecəsi olacaq”.


Baxış sayı - 1 347 | Yüklənmə tarixi: 13.08.2018 17:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031