manera.az
manera.az

Bakıda fransız filmləri nümayiş olunacaq

Bakıda fransız filmləri nümayiş olunacaq
Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə avqust və sentyabr aylarında hər cümə günü, azərbaycanlı məşhurların təqdimatında, onların sevimli fransız filmləri bakılı kinosevərlərə təqdim ediləcək.

MANERA.AZ xəbər verir ki, “Mənim fransız filmim” layihəsi çərçivəsində ölkənin sevilən sənət adamları, “Landmark”ın səmaya açıq terrasında nümayiş ediləcək fransız filmləri haqqında təəssüratlarını bölüşəcəklər.

Artıq layihənin ilk filmi nümayiş olunub. Proqrama əsasən avqustun 10-da Elza Furtadonun (fransalı aktrisa) iştirakı ilə Antonen Peretyatkonun “14 iyul qızı”, 17-də Rüstəm Hüseynovun (fotoqraf, “Artlogos” klubunun kuratoru və rejissoru) iştirakı ilə Jan-Lük Qodarın “Son nəfəsdə”, 24-də Əli İsa Cabbarovun (rejissor, prodüser) iştirakı ilə Jan-Lük Qodarın “Həyatını yaşamaq”, 31-də Teymur Hacıyevin (rejissor) iştirakı ilə Jan-Pyer Melviyin “Qırmızı dairə”, sentyabrın 7-də Teymur Daiminin (filosof, audiovizual rəssam, rejissor) iştirakı ilə Leos Karaksın “Holy Motors”, 14-də Elçin Əliyevin (memar, dizayner, sənətşünas) iştirakı ilə Lui Mal-ın “Lacombe Lucien”, 21-də İlqar Safatın (rejissor) iştirakı ilə Rober Bressonun “Pul” və sentyabr 28-də Bəhram Bağırzadənin (aktyor, rejissor) iştirakı ilə Fransis Veberin “Oyuncaq” filmləri təqdim olunacaq.

İngilis altyazıları ilə nümayiş edilən filmlərə baxmaq üçün giriş sərbəstdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031