manera.az
manera.az

“Adama” filmi nümayiş olunacaq - Giriş ödənişsizdir

📅 04.04.2018 11:34

“Adama” filmi nümayiş olunacaq  - Giriş ödənişsizdir

Aprelin 4-də “CinemaPlus Azerbaijan” kinoteatrında Fransanın Bakıdakı səfirliyi və Azərbaycan Fransız İnstitutu Simon Rubinin “Adama” animasiya filmini təqdim edəcək. Simon Rubi animasiya filmlərinin rejissorudur. “Adama” onun ssenari müəllifi Julyen Tilti ilə 2015-ci ildə ərsəyə gətirdiyi ilk animasıyasıdır.

Fransız İnstitutundan Manera.az-a bildirilib ki, film aprelin 3-dən 8-dək keçirilən Frankofon Film Festivalı çərçivəsində nümayiş olunur. Filmdəki hadisələr 1916-cı ildə baş verir. Qərbi Afrikanın uzaq bir kəndində 12 yaşlı Adama yaşayır. Nassarasların hökmranlıq etdiyi sahil qayalarının o tayında, valehedici bir dünya var. Adama itkin düşən böyük qardaşı Sambanı ağsaqqalların qadağasına baxmayaraq, tapmağa qərar verir. Bu yol onu dənizin o tayına, şimala, Birinci Dünya müharibəsinin cəbhə xəttinə gətirib çıxarır.

Ekran əsəri fransızca, ingilis alt-yazıları ilə təqdim ediləcək. Giriş ödənişsizdir.


Baxış sayı - 1 181 | Yüklənmə tarixi: 04.04.2018 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031