manera.az
manera.az

Misirdə şərq araşdırmaları mövzulu Mühazirə

📅 04.04.2018 12:20

 Misirdə şərq araşdırmaları mövzulu Mühazirə
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə iştirak etmişdir.

Konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar vermişdir. Mühazirə maraqla dinlənilmiş və mövzu ətrafında verilən suallara cavab vermişdir.

Konfrans zamanı Azərbaycan dili və ədəbiyyatının tədrisi və öyrənilməsinə diqqətin artırılması, Azərbaycan və Misir alimləri, universitetləri və elmi müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi bildirilmişdir.


Baxış sayı - 1 134 | Yüklənmə tarixi: 04.04.2018 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031