Manera az saytı Fuad Cəfərlinin yeni şeirini təqdim edir:
Abstrakt
Ayaqlar altında xəzan
başlar üstdə qarğalar.
Əllərdə ömürdən çox şəkillər
küylərlə pusquda dayanıb ...
Sükutu gözlüyürlər
Sildiyin buxar deyil qadın
o, bir güzgünün göz yaşıdı
İsanı yarımçıq oxuyanlar
Güzgülər sizi bağışlamadı…
Sevmək üçün yaşamaq
Sevilmək üçün ölmək
Kiminə görə seçim
Kiminə görə qismət.
Dünyanın iki durğu işarəsi var :
Biri vergül, biri sual
Yerdə qalanlar yaddı …
İstəsək də, istəməsək də
Sabahın ikinci adı nöqtə və nidadı…!
MANERA AZ
Baxış sayı - 2 061 |
Yüklənmə tarixi: 04.01.2018 12:29