manera.az
manera.az

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu

📅 26.12.2017 15:55

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nəşr olundu
Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” işıq üzü görüb.

Mərkəzdən MANERA.AZ-a verilən xəbərə görə, Sözlük – Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də dilimizə daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə tərtib edilib.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün əsas fərqli cəhətləri – yazılışı əvvəlki orfoqrafiya lüğətlərində iki, bəzən üç variantda yer almış söz və terminlərin, eləcə də qüsurlu sözlərin vahid düzgün yazılış qaydası ilə verilməsi, işləkliyini itirmiş, lakin sahələr üzrə əhəmiyyətini saxlamış qədim sözlərin, oxşarköklü sözlərin yenidən işləklik qazanması, düzgün anlanması və tətbiqi məqsədi ilə izahlarla verilməsi, həmçinin əvvəlki orfoqrafiya lüğətlərində yer almamış mindən çox saf Azərbaycan sözlərini, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış xeyli sayda terminləri özündə cəmləməsidir.

Kitabın tərtibçisi Mərkəzin direktoru Afaq Məsud, redaktoru AMEA-nın həqiqi üzvü Nizami Cəfərovdur


Baxış sayı - 1 277 | Yüklənmə tarixi: 26.12.2017 15:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031