2017-ci ilin ədəbiyyat hadisələri və “ədəbi mükafatları” – SİYAHI

Artıq 2017-ci ilin bitməsinə sayılı günlər qalıb. Qısa müddətdən sonra yeni təqvim ili – 2018-ci il start götürəcək. Yola saldığımız zaman müddəti bir çox hadisələrlə yadda qaldı. Hər sahədə olduğu kimi ədəbiyyatda da pozitiv-neqativ hallar yaşandı. Amma ili ədəbiyyatımız üçün bir o qədər də uğursuz adlandıra bilmərik.
MANERA.AZ modern.az-a istinadən 2017-ci ilin ədəbiyyat hadisələri və "ədəbi mükafatları"nı,ümumilikdə ilin ədəbi mənzərəsini təqdim edir:
2017-ci ilin 3 ən yaxşı nəsr əsəri: "Arzulardan sonrakı şəhər" (Şərif Ağayar), “Taclı” (Nəriman Əbdürrəhmanlı), “Balıq gülüşü” (Mübariz Örən).
2017-ci ilin 3 ən yaxşı təbliğatçı-qurumu – AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyi, Yaradıcılıq Fondu;
İlin hələlik lazımı dəyərini ala bilməyən nəsr, nəzm və publisistika kitabı – “Heykəl tənhalığı” (Salam Sarvan), “Dərdin sarı çəpkəni” (Zahir Sarıtorpaq), “Kinopovestlər” (Orxan Fikrətoğlu);
İlin ədəbi faciəsi- Gənc yazar Mövlud Mövludun vaxtsız vəfatı;
İlin debütü – Gənc yazar Mövlud Mövludun “Çətirsiz” hekayələr kitabı. Ölümündən sonra Yaradıcılıq Fondu tərəfindən çap edildi;
İlin ədəbi kəşfi – Bircənin “Cəhənnəmdən qaçmış mələk” romanı;
Ədəbiyyatı ən çox təbliğ edən 2 mətbuat orqanı – “525-ci qəzet” və “Kaspi” qəzeti;
İlin ədəbi oyanışı – “Ədəbiyyat qəzeti”;
İlin ədəbi skandalı – AYB-nin binasında yerləşən “26-lar” kafesi ətrafında baş verənlər;
Ən çox müzakirə olunan ədəbiyyat layihəsi – “Xalqın şairi” müsabiqəsi;
Ən çox müzakirə olunan “ədəbiyyat nümunələri” – Elza Seyidcahanın şeirləri;
Ədəbi itkilər – İlyas Tapdıq, Camal Yusifzadə, Aşıq Ədalət və başqaları...(Allah hamıya rəhmət eləsin);
İlin ən yaxşı tərcümə əsərləri – Migel Delibes “Seçilmiş əsərləri” (Saday Budaqlı), Vladimir Nabokov "Rus ədəbiyyatından mühazirələr” (Qismət), Culian Barns "Aqibət duyğusu (Seyfəddin Hüseynli);
Ən peşəkar tərcümələr – Azərbaycan Tərcümə Mərkəzi və Mərkəzin “Xəzər” jurnalı;
İlin ən aktiv ədəbi tənqidçiləri – İradə Musayeva, Elnarə Akimova;
İlin ədəbi ideyası– Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı bədii mətnlər (müəllif Natiq Məmmədli);
İlin ədəbi məkanları– Azərbaycan Yazıçılar Birliyi, Yaradıcılıq Fondu, kitabevim.az, “Azərkitab”;
İlin bestseller müəllifləri – Rövşən Abdullaoğlu ( “Relslər üzərində uzanmış adam” və “Bu şəhərdə kimsə yoxdur”), Çingiz Abdullayev və Elxan Elatlı (dedektiv əsərlərinə görə);
İlin ədəbi yubileyi – “525-qəzet”in 25 illiyi;
Ciddi materiallarına görə fərqlənən ədəbiyyat saytları- simsim.az, aydınyol.az;
Ən yaxşı ədəbiyyat proqramı – “Məclisi-üns”;
İlin ən böyük beynəlxalq ədəbi mükafatı – Yoxdur!