manera.az
manera.az

Lənkəran teatrında yeni uşaq tamaşası

📅 18.12.2017 20:26

Lənkəran teatrında yeni uşaq tamaşası
Dekabrın 17-də Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün hazırlanmış yeni tamaşanın premyerası olub.

MANERA.AZ xəbər verir ki, gənc rejissor Emil Əsgərovun müəllifi olduğu və quruluş verdiyi bir hissəli “Şaxta baba və Pərilər” musiqili-nəğməli nağıl-tamaşada Yeni ilin daxil olmasını intizarla gözləyən Pərilərin başına gələn keşməkeşli hadisələrdən söhbət açılır.

Meşənin dərinliklərində yaşayan bəd niyyətli qarılarla baş verən mübarizənin sonunda Pərilər qalib gələrək Şaxta baba ilə Qar qızın səhnəyə gələrək tamaşaçılar qarşısına çıxmasına nail olurlar.

Rejissorun fikrincə, səhnə əsərində cərəyan edən hadisələr əyləncəli muzikl məzmunda təqdim olunsa da, burada əsas mahiyyət azyaşlı tamaşaçılarda xeyirxahlıq, doğruluq, təbiətə sevgi və qayğı hislərini təlqin etməkdən, onları pis əməllərdən çəkindirməkdən ibarətdir.

Maraqla baxılan tamaşanın səhnə tərtibatı rəssam Tərlan Sadıqovun, musiqi tərtibatı Fərahim Fərəcovundur.

Rolları əməkdar artist Zemfira Nəcəfova, artistlərdən Şahrud Mehdiyeva, Qızılgül Quliyeva, Emin Fərzullayev, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Günel Abbaszadə, Aysel Cahangirova və Ülkər Quliyeva ifa edirlər.

Teatrın baş inzibatçısı Namiq Ağayevin sözlərinə görə, yeni tamaşa məktəblilərin qış tətili günlərində oynanılacaq.

Lənkəran teatrında yeni uşaq tamaşası
Lənkəran teatrında yeni uşaq tamaşası
Lənkəran teatrında yeni uşaq tamaşası


Baxış sayı - 1 358 | Yüklənmə tarixi: 18.12.2017 20:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930