manera.az
manera.az

“Yalnızlığın bal ayı” Polşada çap edilib

📅 13.11.2017 12:24

“Yalnızlığın bal ayı” Polşada çap edilib
Yazıçı Müşfiq Xanın “Yalnızlığın bal ayı” (“Медовый месяц одиночества”) psixoloji-məhəbbət romanı Polşanın “Ridero” nəşriyyatında çap olunub.

Yazıçının Parafraz-a verdiyi məlumata görə, “Müasir sevgi romanı” seriyasında rus dilində yayımlanan kitab nəşriyyatın Rusiya təmsilçiliyinin təşəbbüsü ilə işıq üzü görüb.

Kitabın tərcüməçisi Narxanım Cəfərova, redaktoru Yelena Arslanova, rəssamı Pəri Miniatürdür.

Noyabrdan satışa çıxarılan romanın elektron versiyası da Amazon.com, ЛитРес, ozon.ru, Books.ru və digər məşhur onlayn kitab mağazalarında oxuculara təqdim olunub.

Bu, Azərbaycanda geniş oxucu marağına səbəb olan romanın rus dilində ilk nəşridir.


Baxış sayı - 1 574 | Yüklənmə tarixi: 13.11.2017 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930