Yollarında izim qaldı... -ŞEİR

Zərəngiz Dəmirçi Qayalı
Mənim Türkiyəm
Yollarında izim qaldı,
Dağlarında gözüm qaldı,
Ürəyimdə sözüm qaldı,
Mənim Türkiyəm, Türkiyəm!
*
İstanbulun bir tamaşa,
Gözün görə, ağlın çaşa!
Əsrlərlə yaşa-yaşa,
Mənim Türkiyəm, Türkiyəm!
*
Yalovada “Yürüyən köşk”,
Nə böyük qəlb, nə böyük eşq?
İndiyəcən bilməmişik,
Mənim Türkiyəm, Türkiyəm!
*
İnegölün bir möcüzə,
Ruhu köhnə, eşqi təzə,
Heyran oldum gəzə-gəzə,
Mənim Türkiyəm, Türkiyəm!
*
Əskişəhər ruhlar yurdu,
Xaqanlar xaniman qurdu,
Qalib məkan, qalib ordu,
Mənim Türkiyəm, Türkiyəm!
*
Konya xəyallar şəhəri,
Şəms Təbrizi cövhəri-
Mövlanə ərənlər piri,
Mənim Türkiyəm, Türkiyəm!
*
Bursa-dədələr diyarı,
Osmanqazilər məzarı,
Uludağ tükənməz varı
Mənim Türkiyəm,Türkiyəm!
*
Yolum düşdü yaylağına,
Ərənlərin oylağına,
Baş əyərəm torpağına,
Mənim Türkiyəm,Türkiyəm!
*
Türbələr diyarısan sən,
Könüllər vüqarısan sən,
Dahilərin yarısan sən,
MənimTürkiyəm, Türkiyəm!
*
Sən dünyanın gövhərisən,
Sabahların ülkərisən,
Pərvanələr şəhərisən,
MənimTürkiyəm, Türkiyəm!
*
Əşrəfisən göyün, yerin,
Dəryaların dərin-dərin,
Camalına səd afərin,
Mənim Türkiyəm, Türkiyəm!
*
Uludağdan əsər külək,
Təpələrin çiçək-çiçək,
Göy qurşağın, yeddi bəzək,
Mənim Türkiyəm, Türkiyəm!
Bakı-İstanbul-Yalova-İnegöl-
Eskişehir-Konya-Bursa
21-26 aprel 2017