“Bir daşla doqquz quş” layihəsində bu dəfə suallara araşdırmaçı Yalçın İslamzadə cavab verir.-Niyə varsan?- Növün davamı prinsipi yaşamaq instinkti ilə əlbirdir, mən də bir körpüyəm.
-Niyə yox olacaqsan?- Mükəmməllik platonik uydurmadır, daimi mühərrik yoxdur, bütün makinaların, mürəkkəb sistemlərin bir ömrü var, yaşamağımız üçün vacib olan oksigen, uzun vədədə mitoxondrini sıradan çıxarır.
-Niyə yazırsan?- Maraqları bölüşmək, oxşar maraqları onlanları tapmaq üçün.
- Yaşamaq nədir?- Əvvəlcə məcburiyyət, sonra şüurlu seçimlər etmək.
- Ölüm nədir?- Fərdi varlığın fərqində olan şüurun artıq olmaması.
- Ədalət nədir?- İnsanın komplekslərindən, eqoist instinktlərindən, doğru düşünməsinə mane olan epistemolojik maneələrdən, stereotiplərdən, qrup psixologiyasından xilas olmuş azad ağılla etdiyi mühakimə.
- Azadlıq nədir?- Açıq şüurla dərk etmək və istəmədiyini etməyə məcbur olmamaq.
- Yaradıcılıq nədir?- Dünyaya estetik baxışın təzahürü.
- İnsan kimdir?- Bioloji olaraq Hominid ailəsinin Homo Sapiens növüdür, Maslov piramidasına uyğun olaraq sırf bioloji varlıqdan, məsuliyyət duyan və özünü reallaşdıran insana çevrilmə potensialına sahibdir.
Tural İsmayılov,
MANERA.AZ
Baxış sayı - 2 080 |
Yüklənmə tarixi: 06.01.2017 12:35