manera.az
manera.az

Elvin İsmayılla "Az bilinənlər"- LAYİHƏ/ MANERA.AZ

Elvin İsmayılla "Az bilinənlər"- LAYİHƏ/ MANERA.AZ
Manera.az gənc araşdırmaçı Elvin İsmayılın silsilə yazılarını təqdim edir:[/b]

Coğrafiya dərsliyindən bizə məlumdur ki, Yer planetinin yaşı təxmini hesablamalara görə 4,6 milyard ilə gedib çıxır. Lakin 4,6 milyard illik tarixdə Yer planetində hansı canlıların (həmçinin insan) yaşaması tam məlum deyil. Elmi araşdırmalar sübut etmişdir ki, skeleti olan canlılar üçün əlverişli yaşayış mühiti Kembri dövrundə yaranmışdır. Təbii ki, bu məlumatlar da özündə müəyyən mənada dəqiqliyi eks etdirmir.

Müasir elmi araşdırmalar ən çox Miladdan 12 min il əvvələ qədər yaşamış sivlizasiyalar haqqında məlumat vermək iqtidarındadır. Belə bir sual ortaya çıxır: Miladdan 12 min il öncəyə qədər Yer planetində heç kim yaşamamışdı ?

Hər hansı kitablarda və ya məktəb dərsliklərində bu tip sualların cavabları yoxdur.

Belə suallar hamı kimi mənimdə maraq dairəmdə idi. Çox axtarışlardan sonra belə suallardan bəzilərinin cavablarını tapmağa nail oldum və istərdim sizinlə bölüşüm.

Madam Balavatskiy adlı Ukrainalı araşdırmaçı Yer planetində yaşamış irqlər (sivlizasiaylar) haqqında öz kitabında (Secret Doctrine) müəyyən məlumatlar vermişdir. Madam Balavatskiy bu məlumatları dünyanın bir çox sirli yerlərinə ( Misir, Hindistdan, Meksika,Paçu Pikçu və s.) səfər edərək toplamış və kitab halına salmışdır. Balavatskinin araşdırmalarına çox böyük təkan Hindistanda Mahatmaların məlumatları old.
Balavatskiy insan irqlərini 7 kök soya bölür:
1) Astral
2) Hyperborean (hiperborealılar)
3) Lemurian (Lemuriyalılar)
4) Atlantean (Atlantlılar)
5) Aryan (müasir insan,müasir dövrümüz)
6) ?
7)?
Bu 5 kök soy özü özlüyündə 7 dövr yaşayıb. Lakin 6 və 7-ci kök soylar hələ yaşanmayıb deyə adları məlum deyil. Balavatskinin qeydlərinə görə məlum olan soy köklər öz 7 dövrünü keçdikdən sonra təbii fəlakətlər vasitəsi ilə məhv olmuş və yeni kök soy başlamışdır. Yəni, hal hazırda biz 5-ci soy kökün 5-ci dövrünü yaşamaqdayıq. Bizdən sonra 2 dövr qalır ki, 5-ci kök soy da sona çatsın. Xatırladım ki, kök soyların dövrləri arasında olan vaxt məsafəsi məlum deyil. Çünki bizdən öncə yaşanmış kök soyların dövrləri arasında olan zaman məsafəsi hər kök soyda bir cür dəyişir.
Belə bir sual ortaya çıxır. 7 kök soy bitdikdən sonra nə olacaq? 7 kök soy bitdikdən sonra yeni bir başlanğıc (növbəti həyat mərhələsi) baş verəcək. Dini baxşıdan götürsək qiyamət.
Burada maraqlı bir sual yaranır. Növbəti həyat mərhələsi cənnət ola bilərmi?
Əgər biz növbəti həyat mərhələsini Cənnət kimi qəbul etsək (ki Cənnət özü yeni həyatın başlanğıcı kimi qəbul edilir) yaşadığımız Yer planeti Cəhənnəm kimi təsvir oluna bilər. Çünki yuxarıda qeyd etdiyim kimi 7 kök soyların 7 mərhələsi bitdikdən sonra təbii fəlakətlər vasitəsi ilə sivlizasiya məhv olur. Cəhənnəm isə od - alov, xarabalıqlar və s. kimi təsvir olunur.

İndi isə istərdim kök soylar haqqında qısa məlumat verim.
1) Astral - bu kök soyda yaşamış varlıqlar insan adlandırıla bilməz, çünki onlar enerjisəl varlıqlar idi. Tezovistlərə görə, bu varlıqlar daha çox ruhlar aləminin nümayəndələri kimi təsvir olunur.
2) Hyperborean (hiperborealılar) - Məlumatlara görə, bu kök soydan olan insanlar Şimali Asiya qitəsində yaşayıblar. Bu insanların boyları 8-10 metr arası dəyişirdi və ikili cinsiyyətə malik idilər. (İkili cinsiyyətli varlıqlara adətən filmlərdə rast gəlirik . 2015-ci ildə lentə alınmış və Yaponiya istehsalı olan "Titanların Hücumu" filmi də məhz bu məlumatın imitasiyasıdır.
3) Lemuryalılar (Mu) - Bu kök soyun Avstraliya, Asiya və Afrika qitləri arasında yaşaması bilinir. Lakin tufan- qasırğa ilə dağılmış və okenanın dibinə batmışdır. Lemurlyalıların boyları Hiperborealılar kimi uzun idi.
Astral və Hiperborealılar - kök soylarının 7 Alt Soyları (dövrləri) günümüzə qədər gəlib çatmayıb. Lakin Lemuriyalılar kök soyunun 5-ci və 6-cı kök soyları məlumdur:
Alt Soy (Dövr)
1) ?
2) ?
3)?
4)?
5) Negro Negrim mədəniyyəti
6) Negrilo mədəniyyəti
7) ?
Lemuriyalılar çox inkişaf etmiş mədəniyyətə və yüksək texnologiyaya sahib idilər. Lemuriyalıların məhv olma səbəblərindən biri də onların DNT üzərində apardıqları araşdırmalar sonrası yoluxucu xəstəlik idi.
4) Atlantean (Atlantlılar) - Atlantlılar kök soyu Lemuriyalıların davamçıları olaraq Lemuriyalılardan daha üstün texnologiyaya malik idilər. Məlumatlara görə Atlantlılar Yad planetlilerlə də kontakta girir və magik güclərə malik idilər. Atlantlar kök soyunun Lemuriyalılardan fərqli olaraq, Alt Soylarının - dövrlərinın hamısı izə məlumdur:
1) Ramnhal mədəniyyəti
2) Tlavatli mədəniyyəti
3) Qədim Çin mədəniyyəti
4) Maya mədəniyyəti
5) Orjinal Semit mədəniyyəti
6) Akkadin mədəniyyəti
7) Monqolian mədəniyyəti

5) Aryan (müasir insan, müasir dövrümüz) - Yuxarıda qeyd etdiyim kimi biz hal hazırda Aryan Kök Soyunun 5-ci Alt Soyunu (dövrünü- Tektonik) yaşamaqdayıq. Bizdən əvvəl olan Alt Soylar :
1) Antik Hind və Misir mədəniyyəti
2) Ərəb-Semit mədəniyyəti
3) Antik İran- Persian mədəniyyəti
4) Seltik-Kelt mədəniyyəti
5) Tektonik mədəniyyət
6) Avstraliya və Amerika mədəniyyəti
7) Latın Amerika mədəniyyəti

Xatırladım ki, bu mənim subyektiv araşdırmalarımdır.

Mənə ən çox verilən sual:

- Əgər bu kök soylar bu qədər inkişaf etmişdirsə niyə bu məlumatlar dövrümüzə qədər gəlib çatmayıb?

Cavabım:

- Əslində bu məlumatlar İsgəndəriyyə kitabxanasında saxlanılmışdı, lakin İsgəndəriyyə kitabxanasının yandırılması ilə məlumatların çoxu məhv olmuşdur.

Növbəti yazılarda sizə bu məlumatları daha da genişləndirilmiş şəkildə çatdıracam.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728