manera.az
manera.az

Azərbaycanlı alim qızıl medala aldı

📅 14.10.2016 13:30

Azərbaycanlı alim qızıl medala aldı
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının (MNB) nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Kərəm Əsədov “Avropa Nəşr Mətbu Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalına və diploma layiq görülüb.

MNB-dən MANERA.AZ-a bildirilib ki, mükafat tədqiqatçıya milli mənəvi dəyərlərimizin qorunmasında və istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ölkədə biologiya elmlərinin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə təqdim edilib.

Qeyd edək ki, alim Kiçik Qafqazda meşə tiplərinin müəyyənləşdirilməsi, Azərbaycan meşələrinin yabanı meyvə bitkilərinin xəritəsinin tərtibi, yabanı meyvələrin qruplara görə fenoloji fazalarının tədqiq edilməsi sahəsində uğurlu elmi-tədqiqatlar aparıb, ümumilikdə 102 elmi əsərin, səkkiz monoqrafiyanın müəllifidir.


Baxış sayı - 1 424 | Yüklənmə tarixi: 14.10.2016 13:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031