manera.az
manera.az

Feysbuk statusları və suçluluq psixologiyası |MANERA.AZ

 Feysbuk statusları və suçluluq psixologiyası |MANERA.AZ

Yunis Dürüst yazır...

Suçluluq psixologiyasını qısaca və bir kəlimə ilə necə ifadə etmək olar? Belə ifadə etmək olar: öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmaq!

Yəni bir insan ki suçluluq psixologiyası içindədir, o mütləq günahını başqasına yıxacaqdır. Ov axtaran ovçu kimi, sağı-solu nişan alıb atəş edəcəkdir. Onun üçün fərq etmir ki günahkar kimdir, onun üçün önəmli deyil ki suçlu əslində kimdir, onun üçün önəmli olan odur ki bu dəqiqə, bu moment, günahını kiminsə üstünə yıxsın. Elə bax bu feysbukda da bir çox istifadəçilərin davranışlarının əsas amili məhz budur; suçluluq psixologiyası. Yəni əllərinə klavyaturanı götürüb, kiminsə ya da nəyinsə üstünə hücum çəkirlər, nişan alırlar...Bəli burdakı çox tənqidlərin əsas səbəbi məhz budur, yoxsa islah etmək ya da səmimi bir niyyət, çox az faizi təşkil edir.

Bəli, burda "güllə atmaq prosesi", 2 funksiyadan ibarədir: statusu yazmaq, məhz avtomatı hazır vəziyyətə gətirmək rolunu oynayır; tətiyi çəkmək rolunu isə gələn layklar oynayır. Sanki məsələn əlinə bir avtomatik götürübdür, patronları da doldurubdur, hazır vəziyyətə gəlibdir; vəssəlam başlayır tətiyi basmağa: part-part-part-part-part-part-part...Layklərin hər biri bir güllə rolunu oynayır, 10 layk gəlirsə 10 güllə, 100 layk gəlirsə 100 güllə, 1000 layk gəlirsə 1000 güllə... hətta bəzən patronlar, doldurulandan daha çox atır (dostluğunda olmayanlar da layk edir)...Ya da bəzilərindəki silah isə ümumiyyətlə ağır çaplı silahlardır: nə bilim qrad, qrantamiyot, minaatan, top, tank, artilleriya (bax bunlar nisbətən tanınmış, populyar şəxslərdir). Onların arsenalında daha ağır silahlar var, yəni sözləri daha kəsərli olur, beləliklə bir anda hədəfi darmadağın edib dərhal gündəmə otura bilirlər...Bəzən hətta uzaq mənzilli raketlərdən də istifadə edirlər, hətta bəzən hələki icad olunmamış raketlərdən istifadə edib, minlərlə km məsafədəki hədəfləri, nə bilim Amerikanı da vura bilirlər....Aradabir də öz dronlarını göndərib müəyyən işlər görürlər; yəni hədəflərindəki şəxsin statuslarına təhdidkar bir şərh yazmaqla dronu ona çırpıb dağıntı törədirlər...

Ya da bəziləri daha zəkidir; silahlardan filandan istifadə etmir, sadəcə kəşfiyyat, casusluq üsulu ilə düşməni məhv etməyə üstünlük verirlər: yəni elə status yazır ki heç hədəfdəki adamın adını da çəkmir, amma statusa yazılan şərhlər, həmin adamı işarə edir...
Bax belə bir vəziyyət var...

Ortadakı bütün bu dağıntı-söküntünün əsas səbəbi, bütün bu təhqir, tənqid və ittihamların ana faktoru məhz suçluluq psixologiyasıdır, eqoizmdir...Sadəcə kimsi daha ustadır, daha peşəkardır deyə, hədəfə aldığı şəxsi də asanlıqa vurub məhv edə bilir, kimsi isə az peşəkardır deyə bəzən silah öz əlində partlayır...

...Amma axı hər şey bu qədər bəsit, bu qədər sadə deyil, olmamalı...Sənin populyar olman ya da layklarının çox olması, sənə hər şeyi edə bilmək yetkisi verməməlidir, sənə istədiyini etmək səlahiyyəti verməməlidir....Bunu edə bilərsən, sui-istifadə edib hədəfinə çata bilərsən, insanların rəğbətini, bəyənisini qazanıb populyar ola bilərsən amma hakim, heç də insanlar deyil hakim ODUR! Sən bunu etməklə popular insan ola bilərsən amma bil ki əsla ARİF ola bilməzsən, populyar olmaq, insanlar vasitəsilə mümkündür amma ARİFLİK isə O ƏSİL HAKİMİN ƏLİNDƏDİR!...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930