manera.az
manera.az

“Cəhənnəm sakinləri” Şəki Teatrında nümayiş olunacaq

📅 09.11.2024 16:32

“Cəhənnəm sakinləri” Şəki Teatrında nümayiş olunacaq
Noyabrın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Şəki Dövlət Dram Teatrında çıxış edəcək.

Teatrdan MANERA.AZ-a bildirilib ki, səhnə əsərində rolları Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli və digər aktyorlar ifa edir.

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

“Cəhənnəm sakinləri” Şəki Teatrında nümayiş olunacaq


Baxış sayı - 371 | Yüklənmə tarixi: 09.11.2024 16:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031