manera.az
manera.az

İşə qəbul qaydası dəyişdi - Naxçıvanda

İşə qəbul qaydası dəyişdi - Naxçıvanda
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nı yeni redaksiyada təsdiqləyib.

MANERA.AZ-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu sahəsində Naxçıvan Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın səlahiyyəti ləğv olunub, müəllimlərin işə qəbulu qaydaları dəyişib.

Əgər indiyə qədər müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Nazirlik tərəfindən müsabiqə yolu ilə həyata keçirilirdisə, artıq işə qəbul Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcək.

Qərara əsasən, müsahibənin keçirilməsi üçün Nazirlikdən 1, Mərkəzdən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli mütəxəssislərdən müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılır. Müsahibə komissiyasının tərkibi Mərkəz tərəfindən təsdiq edilir.

Yeni qərara əsasən, müəssisələrə işə qəbul üçün test imtahanında hər bir namizədə musiqi sahəsi üzrə ixtisas biliklərini qiymətləndirmək üçün 30, mədəniyyət sahəsi üzrə ümumi dünyagörüşünü əhatə edən 10 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt veriləcək. Müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (20 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab ediləcəklər.

İndiyə qədər Müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılıbsa, artıq müsahibə mərhələsində namizədə verilən tapşırıqların yerinə yetirilməsi üçün 20 dəqiqə vaxt ayrılacaq.

İndiyə qədər olduğu kimi bundan sonra da Müsahibədə 12 və ya daha çox bal toplamış namizədlər bu mərhələdən keçmiş sayılır və imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə mərhələsində ən yüksək bal toplamış namizəd müvafiq vəzifəyə təyin olunacaq.

Yeni qərara əsasən, qiymətləndirilməyə müəssisələrdə əsas iş yeri olaraq daimi əmək müqaviləsi əsasında işləyən müəllimlər və tam ştat vəzifə üzrə çalışan pedaqoji işçilər cəlb olunacaqlar. Əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli qaydada ləğv edilməsi qadağan edilən, mədəniyyət sahəsində fəxri adı olan, habelə qiymətləndirilmə keçirilən tədris ilinin əvvəlinə pensiya yaşına 3 il və daha az qalmış müəllimlər qiymətləndirilməyə cəlb olunmayacaqlar. İndiyə qədər qüvvədə olan qərarda belə istisna hal nəzərdə tutulmamışdı.

1 iyul 2021-ci il tarixədək dövlət musiqi təhsili müəssisələrində müəllim vəzifəsində işləyən orta təhsilli şəxslər müvafiq qiymətləndirilmə aparılmaqla, həmin müəssisələrdə müəllim vəzifəsində işləyən və pensiya yaşına çatmasına ən çoxu 3 il qalan şəxslər isə müvafiq qiymətləndirilmə aparılmadan tutduqları vəzifələr üzrə ixtisaslı kadrlar təyin olunanadək müddətli əmək müqaviləsi əsasında əmək fəaliyyətlərini davam etdirəcəklər.

Bu müddəanın birinci hissəsində göstərilən müəllimlər müəssisələrdə işlədiyi dövrdə ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunarsa, onlar ali və ya orta ixtisas təhsilini başa vuranadək əmək fəaliyyətini davam etdirəcəklər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30