“İyirmi ildən sonra” təqdim olundu - | MANERA.AZ
![]()
Dekabrın 8-də Sumqayıt Dövlət Dram teatrında Əli Əmirlinin “İyirmi ildən sonra” psixoloji dramının səhnə versiyası sumqayıtlılara təqdim olundu.
MANERA,AZ xəbər verir ki, tamaşa 4 il öncə oynanılmışdı. Aktyor həyatına həsr olunan əsər bizim günlərdə cərəyan edir. Xalq artisti, zamanında qəhraman rollarının ifaçısı olmuş Otello yoxsulluğun, maddi sıxıntının girdabında əziyyət çəkir. Həyat yoldaşı İşıq xanım nəinki ona mənəvi dayaq olmur, hətta xarici dövlətlərin birində səfirlikdə işləyən kişiyə qoşulub gedir.
Hadisələrin inkişafı gərgin drammatik həddə çatır. Amma son anda İşıq xanım pulun, mal-dövlətin heç də bir çox duyğuları əvəz edə bilməyəcəyini anlayır və peşimançılıq hissi keçirir...
Tamaşanın quruluşu teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmova məxsusdur. Rollarda əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, aktyorlar Cəlal Məmmədov, Xatirə Süleymanova, İlham Səfərli, İlahə Vilayət qızı, Şəmistan Süleymanlı və Vaqif Səmədzadə çıxış edir.![]()
![]()
![]()