manera.az
manera.az

Stalinin Lənkəranda cəza çəkdiyi qala təmir olunacaq

Stalinin Lənkəranda cəza çəkdiyi qala təmir olunacaq
Lənkəran şəhərində yerləşən “Dairəvi qala” (“Zindan qalası”) abidəsi dövlət vəsaiti hesabına təmir olunacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli “Azərbaycan” qəzetinə bildirib.

Xidmət rəisi vurğulayıb ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı və dövlət mühafizəsinə götürülən Lənkəran şəhərində yerləşən yerli əhəmiyyətli “Dairəvi qala” (Zindan) (İnventar № 4810, XVIII əsr) abidəsində təmir-bərpa işlərinin görülməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sifarişi ilə 2019-cu ildə layihə-smeta sənədləri hazırlanıb, o cümlədən ekspertiza rəyi və qiymətqoyma sənədi tamamlanıb:

“Hazırda “Dairəvi qala”nın dövlət əsaslı vəsait qoyuluşu hesabına bərpası ilə əlaqədar müvafiq tədbirlər görülməkdədir”.

Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir.

“Zindan qala” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub.

Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728