manera.az
manera.az

Şuşadan yol getdim, yol getdim - ŞEİR

📅 04.09.2022 12:49

Şuşadan yol getdim, yol getdim - ŞEİR
Əməkdar incəsənət xadimi, şair-tərcüməçi Səyavuş Məmmədzadə vəfat edib.

MANERA.AZ şairin bir şeirini oxuculara təqdim edir:

***
Şuşanı qar gördüm, qar gördüm,
Elimi var gördüm, var gördüm,
Səslədim ötən günləri,
Daşları kar gördüm, kar gördüm.

Yazıma gəl dedim, gəl dedim,
Üzümə gül dedim, gül dedim,
Haçandan sönən ocağın,
Külünə gül dedim, gül dedim.

Dağları dağ gördüm, dağ gördüm,
Həmişə şax gördüm, şax gördüm,
Bir bulaq aynasında
Saçımı ağ gördüm, ağ gördüm.

Şuşadan yol getdim, yol getdim,
Dedilər qal getdim, qal getdim,
Ürəyim dilə gəldi,
Dinmədim, lal getdim, lal getdim.


Baxış sayı - 536 | Yüklənmə tarixi: 04.09.2022 12:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031