manera.az
manera.az

Ölkəmiz beynəlxalq teatr festivalında təmsil olunacaq

📅 29.04.2022 17:41

Ölkəmiz beynəlxalq teatr festivalında təmsil olunacaq
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mayın 5-dən 9-dək Türkiyədə keçiriləcək Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V. Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə ölkəmizi təmsil edəcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, festival Trabzon şəhərində baş tutacaq.

Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə - mayın 7-8-də Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirəcək.

Tamaşanın müəllifi, rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, geyim rəssamı Olqa Şabanova, rəqslərin quruluşçusu Lalə Hacıyeva və Günay Mikayılovadır. Səhnə əsərində teatrın aktyorları rola alıb.

Tamaşanı Nərmin Həsənova idarə edir. İlk tamaşa 2019-cu ildə oynanılıb.

Qeyd edək ki, səhnə əsərinin dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orijinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün elementləri əksini tapıb. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı, müasir musiqi, həmçinin də roka yer verilir.


Baxış sayı - 631 | Yüklənmə tarixi: 29.04.2022 17:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031