manera.az
manera.az

Tağıyevə həsr olunan monoqrafiya çap olundu - FOTO

Tağıyevə həsr olunan monoqrafiya çap olundu - FOTO
Professor Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar “Xeyirxahlıq mücəssəməsi” adlı monoqrafiyası işıq üzü görüb.

Maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin (1823–1924) anadan olmasının 200 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və Prezident İlham Əliyevin Sərəncamı ilə bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda və respublikamızda qeyd edilməsi təsdiq edilib.

“Xeyirxahlıq mücəssəməsi” kitabında xalqımızın böyük oğlu, xeyriyyəçi, əbədi sevgi qazanmış, məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin həyat salnaməsi, sahibkarlıq və ictimai fəaliyyəti, maarif və mətbuata dəstəyindən söhbət açılır.

Kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli, ön sözün müəllifi Ülkər Hüseynovadır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tağıyevə həsr olunan monoqrafiya çap olundu - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728