manera.az
manera.az

I siniflərə şagird qəbulunun vaxtı dəyişdirilib

📅 13.03.2022 16:11

I siniflərə şagird qəbulunun vaxtı dəyişdirilib
2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

MANERA.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

Bundan öncə Təhsil Nazirliyinin təqvimində I siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.


Baxış sayı - 816 | Yüklənmə tarixi: 13.03.2022 16:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930