manera.az
manera.az

Jurnalistlərə güzəştli ipoteka veriləcək

📅 08.02.2022 16:51

Jurnalistlərə güzəştli ipoteka veriləcək
Azərbaycanda jurnalistlər güzəştli ipoteka krediti əldə edə biləcəklər.

MANERA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilir.

Fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.

Bundan əlavə, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də bu imkandan yararlana biləcəklər.


Baxış sayı - 324 | Yüklənmə tarixi: 08.02.2022 16:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031